Biz necə işləyirik? AZ
EnglishРусскийУкраїнський
Elan ver
Yuxarı
Mesajlar
Giriş
Bildirişlər
Şəxsi hesab
Şifrəni bərpa et
Təsdiqlə Sizin nömrənizə OTP kod göndərilmişdir. Xaiş edirik 4 rəqəmli kodu aşağıda qeyd edəsiniz.
Yaşayış və iş yerində təhlükəsizlik qaydaları

Evdə təhlükəsizlik qaydalarına necə əməl etməliyik? 

Xüsusilə ailəsindən uzaqda kirayə evdə yaşayan gənclərin bu məqaləni oxuyaraq məlumatlanması önəmlidir.

Bir çox gəncin məişət-təhlükəsizlik qaydalarından məlumatı olmur, çünki bunlar valideyinləri tərəfindən həyata keçirilir. Ayrıca və ya otaq yoldaşı şəklində kirayə evə çıxdıqda isə bu qaydaları bilməmək onlar üçün həyati təhlükə yarada bilir. Bildiyimiz kimi qış aylarında dəm qazından zəhərlənmələrin sayı kəskin şəkildə artır. İlk öncə bir məsələyə aydınlıq gətirək ki, bəzi insanlar təbbi qazla dəm qazını qarışdırır, ancaq aralarında bir sıra fərqlər mövcuddur.

Təbii qazın xüsusiyyətləri: rəngsizdir, iysizdir, zəhərsizdir, havadan yüngüldür. 

Təbii qaz iysiz olduğu üçün sızıntılar zaman ehtiyyatsız davranışlar nəticəsində partlayışlara səbəb olur. Bəs qazdan istifadə edəndə çürük sarımsaq iyi gəlir,  o nədir? Təbii qazın iyi olmadığı üçün tərkibinə adarand qatılır. Adarandın kəskin çürük sarımsaq qoxusu var. Bu qoxu bizə sızmalar zamanı köməklik edir ki, sızmanı dərhal hiss edək. Qış fəslində 1000 m.kub. qaza 16 qram adarant qatılır, yayda isə 8 qram. Tənnəffüs zamanı qısa müddət içində baş gicəllənməsi və tarazlıq itkisi, bir müddət sonra da huşunu itirmə və ölüm ilə nəticələnir. Bunun səbəbi isə zəhərlənmə deyil, tənəffüs zamanı oksigenin dayanmasıdır.
Lakin iyi hiss etdiyimiz üçün bunun qarşısını ala bilərik.


Dəm qazı isə çox təhlükəli maddədir.

Dəm qazı tüstü bacaları nasazlığından, su qızdırıcılarının normativlərə uyğun yerlərdə quraşdırılmamasından, vintilasiya kanalının işləməməsindən yaranır.

Kimyəvi adı karbon monoksid (CO) olan dəm qazı yanacaq məhsullarının xaric olması üçün yer olmadıqda və ya həmin yer tutulmuş olanda natamam yanma nəticəsində əmələ gəlir. İnsan bu qazla zənginləşmiş hava ilə tənəffüs etdikdə karbon monoksid qana daxil olur və nəticədə karboksihemoqlobin yaranır. Məhz bu birləşmənin hesabına toxumalar oksigensizləşir, hipoksiya yaranır.

"Dəm qazı zəhərlənmələrinin 99 faizi hamamda olur. Hamam otaqlarında qapıların aşağı hissəsində deşiklər olmalıdır. Bu, təmiz havanın daxil olmasına, yanmaya kömək edir. Bundan başqa, pəncərə gözlüyü daim açıq olmalıdır ki, təmiz hava daxil ola bilsin. Təmiz hava olmayanda hava karbon monoksidlə dolur və xaric olmadıqda içəridəki monoksidlə nəfəs almaq konsentrasiyadan asılı olaraq 7 dəqiqədən 30 dəqiqəyə qədər müddətdə insanın həyatına son qoyur. Havada dəm qazının miqdarı 0.1 faiz olduqda, artıq o, ölümcül təsir edir. Buna görə də hamam otağının havalandırılması vacibdir.

Su qızdırıcısı olan pitiminutka sərfəli olmaqla yanaşı düzgün istifadə edilmədikdə təhlükə mənbəyi ola bilər. 

Bəzi evlərdə isə evi qaz sobası ilə isidirlər, hətta evdə qaz sobası olmadığı halda yemək bişirmək üçün istifadə edilən qaz sobasındanda istifadə edən insanlar var. Bu isə çox təhlükəlidir. Qaz uzunmüddətli isitmək üçün yanarsa, havaçəkən olmadıqda bu, evdə yaşayanların zəhərlənməsinə səbəb ola bilər. Odur ki, qaz sobalarından qətiyyən bu məqsədlə istifadə etmək olmaz.

Bəs nə etməliyik?

Öncəliklə qeyd etmək lazımdır ki, hər bir isitmə cizahızının istismar müddəti var. Bu, dördgözlü sobalarda təqribi 20 il, su qızdırıcılarında isə təqribi 10 ilə qədərdir. Qeyd edilən müddət bitdikdə isə mütləq cihazları dəyişdirmək, yenisi ilə əvəz etmək lazımdır.

İldə 2 dəfə hava çəkən borular təmizlənməli və küləkli günlərdə istifadə etdikdə xüsusən diqqətli olmaq lazımdır.

Ümumiyyətlə, bundan qorunmaq üçün evə dəm qazı detektoru quraşdırılmasını tövsiyə edirik. Dünyada çox sıx istifadə edilən dedektorlar sızıntı anında həyacan siqnalı verərək sizi xəbardar edir. Bu detektorları xarici onlayn mağazalardan əldə edə bilərsiniz. Qiymətləri firmasından asılı olaraq 4 AZN-dən 100 AZN-dək dəyişir. Kirayə və ya səxşi eviniz olmasından asılı olmayaraq qaz dedektoru quraşdırmağınızı şiddətli dərəcədə tövsiyə edirik, çünki bu, həyatınızı xilas edə bilər.

Yanğın

Bundan əlavə istənilən mənzildə baş verə biləcək bütün növ qəzalara qarşı diqqətli olmaq lazımdır. Məsələn, hündürmərtəbəli binaların böyük qismində olan liftlərdən yanğın baş verən zaman istifadə etmək olmaz. Hətta  ən cüzi yanğın belə elektrik naqillərində qısaqapanmaya səbəb ola bilir ki, bu da liftin mərtəbələr arasında qalmasına gətirib çıxarır.  Bundan əlavə, lift şaxtası tüstü ilə çox tez dolur və bunun nəticəsində bir neçə saniyə zəhərlənmək üçün bəs edə bilir. Ona görə yanğının ilkin əlamətləri hiss olunan kimi lifti dayandırın, onun qapıları arasına hər hansı əşya qoyun ki, bu barədə məlumatı olmayan digər sakinlər də liftdən istifadə etməsinlər. Yanğın zamanı zərərçəkən insanların 80%-i məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur. Bu səbəbdən mənzillərin təmiri və quraşdırılması zamanı sintetik materiallardan çox istifadə etmək məsləhət görülmür. Onlar çox tez alışır, bu zaman acı tüstü yaranır və təxliyə vaxtını bir neçə dəqiqəyə qədər azaldır.

Yanğın söndürülməsi üçün bir çox vasitələr var, bunlardan ən çox və ən asan əl çatanı sudur. Su odun üstünə düşərək buxarlanır, yanan şeyin istiliyinin çox hissəsini udur, bununla da yanma şəraitini pozur, zəiflədir. Suyun islatma qabiliyyətini artırmaq üçün məişətdə istifadə edilən hər hansı yuyucu vasitəni əlavə etmək olar.

Bir məqamı nəzərdə saxlamaq lazımdır ki, bəzi hallarda yanğını su ilə söndürmək olduqca təhlükəli olur. Elektrik cərayanlarında baş verən yanğının qarşısını almaq üçün sudan istifadə olmaz, çünki  su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa başqa qurğu və cihazlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.

Yanğını söndürmək üçün qum, köpüklü və tozla işləyən odsöndürənlər geniş olaraq tətbiq edilir.

Tədbirli olun

Ən əsası isə evdə və ya ofisdə baş verə biləcək hər bir fors-major hala qarşı öncədən müəyyən tədbirlər görməkdir. Məsələn, yanğına qarşı yanğınsöndürən tüp, qaz  və su sızmalarına qarşı dedektorlar və s. öncədən quraşdırın. Unutmayaq ki, kiçik ehtiyyatsızlıqlar belə bizim həyatımız üçün bəzən böyük təhlükə yarada bilər!

 

Haqqımızda Haqqımızda Bloq Biz necə işləyirik
© 2021 BonPini MMC (VÖEN: 2005852951). Bütün hüquqlar qorunur.