Biz necə işləyirik? AZ
EnglishРусскийУкраїнський
Elan ver
Yuxarı
Mesajlar
Giriş
Bildirişlər
Şəxsi hesab
Şifrəni bərpa et
Təsdiqlə Sizin nömrənizə OTP kod göndərilmişdir. Xaiş edirik 4 rəqəmli kodu aşağıda qeyd edəsiniz.
Böyük şəhərlərdə kirayə əmlak problemi

Dünyada kirayə əmlak problemi

Daşınmaz əmlak problem indiki dövr və gələcək üçün olduqca aktual problemlərdən biridir. 2050-ci ildə qlobal formada daşınmaz əmlak krizisi yaşanması gözlənilir. Günümüzdə insanlar kirayə xərclərini azaltmaq məqsədi ilə evin və ya ofis otağının istifadə edilməyən hissəsini kirayə verməklə həm xərclərinə qənaət etmiş olur, həm də özünə uyğun otaq yoldaşı tapır. 

Otaq yoldaşı kimi mənzil kirayələmək həm başqa ölkəyə və ya şəhərə təhsil ilə bağlı üz tutan tələbələr, həm işləyənlər, həm də ailəsindən kənar müstəqil həyat yaşamaq istəyən insanlar arasında olduqca geniş yayılmışdır. Başlıca səbəb isə daşınmaz əmlakın sürətlə artan dünya əhalisinə nisbətdə katostrafik olaraq  az olması, həm də kirayə və alış qiymətlərinin xeyli yüksək olmasıdır.

Azərbaycanda kirayə əmlak problemi

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bölgələrdən iri şəhərlərə axın mövcuddur. Ən çox təlabat olan şəhər isə Bakıdır. Bu həm bir çox ali təhsil müəssisələrinin, peşə və orta ixtisas məktəblərinin əsasən burada olmasıyla bağlıdır, həm də digər regionlardan işləmək üçün paytaxta üz tutanlar kifayət qədər çoxdur. Eyni zamanda təhsilini Bakıda tamamlamış gənclərimizin böyük bir qismi burada qalıb işləməyi üstün tuturlar. Göründüyü kimi, inkişaf səviyyəsini artırmaq və yaşayış keyfiyyətini yaxşılaşdırmaq, təhsil və kariyera qurmaq məqsədi ilə Bakıya axın olduqca yüksəkdir. Bunun nəticəsində daşınmaz əmlak alqı-satqı qiymətlərinin artması problemi ortaya çıxır və şəhərin əhalisinin böyük əksəriyyəti kirayə mənzillərdə yaşamalı olur.

Hər ilin iyul-sentyabr aylarında regionlardan paytaxt Bakıya minlərlə tələbə adını yenicə qazanmış gənclər axın edir. Daxil olduqları universitetlər üzrə qeydiyyatdan keçməyə gələn tələbələri və onların valideynlərinin ilk qarşılaşdığı problem kirayə mənzil və ya yataqxana tapmaqdır. Ən çox düşündürən məqam isə məhz budur: Harada və neçəyə kirayədə yaşamaq? Bu problem öz daxilində bir neçə problemi əhatə edir. Bunlar nələrdir? 

  1. İlk növbədə problem odur ki, ev sahibləri bir çox hallarda evlərini gənclərə etibar etmir və daha çox öz mənzillərini ailələrə kirayə verməyə üstünlük verirlər.
  2. İkinci problem ondan ibarətdir ki, sırf oğlanlara ev sahibləri tərəfindən etibar daha da azdır. Bu da ev sahiblərinin əksər oğlanların daha səliqəsiz olduqlarını və evdə istənilməyən halların baş verəcəyini düşünməsindən qaynaqlanır.
  3. Bu məsələni qəlizləşdirən daha bir məqam odur ki, tələbələr 3-4 nəfər və daha böyük qrup şəklində deyil, daha çox pərakəndə axtarış etməli olur. Bu hal 1-ci və 2-ci kurs tələbələrdə daha çox yaşanır. Evlərin qiymətlərini nəzərə alsaq, hansı ki, 250-650 AZN arası dəyişir, 1 və ya 2 tələbəyə və ya orta əmək haqqı alan şəxslərə  ayrıca ev kirayələmək maddi baxımından, faktiki olaraq, mümkünsüzdür!

Yuxarıda qeyd olunan məqamları nəzərə alsaq kirayə ev problemi ən böyük problemlərdən biridir, xüsusən də tələbələr və aşağı, orta əmək haqqı alan insanlar üçün.

Bonpini.com - əmlakın kirayəsi üçün rəqəmsal platforma

Bəs siz bilirsinizmi ki, bütün bu çətinliklərin həlli sadəcə bir saytda var? Hansı saytdır? – Bonpini.com. Sayt bu problemləri dərindən araşdıraraq ən ideal formada həll edir. Bu təkliflər nədən ibarətdir? 

  • Otaq yoldaşı axtarışı

Əgər 1 və ya 2 şəxs uyğun ev kirayələyib və onlara əlavə otaq yoldaşı lazımdırsa, onlar saytda elan dərc edərək ödənişsiz otaq yoldaşı tapa bilərlər

  • Otaq yoldaşı tələb olunan evlərə göndəriş.

Bu xidmət birinci xidmətin əksidir. Yəni, siz bir və ya bir neçə şəxs tərəfindən artıq ortaq kirayələnmiş mənzillərin elanları ilə saytdan tanış ola, sizə uyğun olan mənzilə online müraciət edib, köçə bilərsiniz. 

  • Qrup şəklində evlərin kirayələnməsi.

Bu xidmət daha çox 3-4 kurs bakalavr və magistr tələbələri və işləyənlər üçündür. Xidmətdən istifadə edib ayrıca ev kirayələyə bilərlər.

  • Yataqxana və Hostellərə yerləşdirilmə

"Bonpini.com” fəaliyyət göstərən əksər yataqxana və hostellərlə əməkdaşlıq edir və bu xidmətdən istifadə edərək istənilən yataqxana və ya hostellərdə otaq, yataq yeri bron etmək və yerləşmək mümkündür. 

Xüsusən xarici ölkələrdən Azərbaycana təhsil məqsədi ilə gələn tələbələrin ilk problemi yaşayış yeri olur, çünki, tanımadığınız ölkə və şəhərdə yaşayış yeri axtarışı olduqca çətindir. “Bonpini” saytı isə bütün otaq yoldaşı şəklində kirayə verilən mənzilləri, yataqxana və hostelləri bir yerdə toplayaraq insanlara həm rahat seçim şansı verir, həm də qiymət və keyfiyyət baxımından müqayisə etməyə kömək edir. Sizə qalan isə özünüzə uyğun olanı seçim edib, köçməkdir!

Davamını oxu
Bütün məqalələr Sualınız var? Soruşmaqdan çəkinməyin
Haqqımızda Haqqımızda Bloq Biz necə işləyirik
© 2021 BonPini MMC (VÖEN: 2005852951). Bütün hüquqlar qorunur.