Biz necə işləyirik? AZ
EnglishРусскийУкраїнський
Elan ver
Yuxarı
Mesajlar
Giriş
Bildirişlər
Şəxsi hesab
Şifrəni bərpa et
Təsdiqlə Sizin nömrənizə OTP kod göndərilmişdir. Xaiş edirik 4 rəqəmli kodu aşağıda qeyd edəsiniz.
Oxuyan.az Platforması

Pandemiyanın təhsil sektoruna təsiri

Bildiyiniz kimi artıq bütün dünyanı əhatə etmiş Koronavirus pandemiyası bütün sahələrə olduğu kimi təhsil sahəsinə də öz böyük təsirini göstərmişdir. Artıq nəinki tədris, imtahanlar belə online formada keçirilir. Onlayn sınaq imtahanı noutbuk və masa üstü komputerlər kimi cizahlarla keçirilir. İmtahan və testlər tələbələrə müxtəlif fənlər üzrə öz biliklərini obyektiv qiymətləndirməyə imkan verir. Bir çox məktəblər, kolleclər, universitetlər, tədris kursları və s. onlyn imtahan formatından geniş şəkildə faydalanır. Bu sistemlərin ən əsas, önəmli üstünlüyü ondan ibarətdir ki, kağızdan istifadəni minimuma endirir və imtahandan dərhal sonra həmin an nəticəni əldə etmək mümkün olur. Məktəblər, universitetlər və s. kimi digər təhsil müəssisələrində kitab və jurnal kimi kağızdan hazırlanan vasitələrdən olduqca geniş istifadə edilir. Şüphəsiz ki, kağız sənədlərin, vəsaitlərin istifadəsini onlayn sistemə keçirməklə kəskin şəkildə azaltmaq mümkündür. Kağız istifadəsini minimuma endirmək, ağac kəsilməsini minimuma endirmək deməkdir, bu isə təbiət və insanlıq üçün olduqca mühüm və əhəmiyyətli amildir. Unutmayaq ki,  ağaclar planetimizin oksigen mənbəyidir. 

"Oxuyan.az" Platforması

Hal-hazırda isə bu istiqamətdə, yəni onlayn formada sınaq imtahanlarının təşkilində Azərbaycanda fəaliyyət göstərən ən böyük platformalardan biri "oxuyan.az" saytıdır.

"Oxuyan.az" saytı onlayn sınaq imtahanları, yarışlar, müsabiqələr, bilik yarışı, intelektual oyunlar və online test bazası olan təhsil platformasıdır. 

Magistrlar, şagirdlər, abituriyentlər, tələbələr, müəllimlər, dövlət işçiləri və s. portalda sınaq imtahanları vermək imkanına malikdirlər. İstədiyiniz mövzunu seçərək bilik səviyyənizi ölçmək mümkündür. Rəqəmsal formada qiymətləndirmə imtahanın dəqiqliyini və düzgünlüyünü artırır, müəllimlərin imtahan nəticələrini daha sürətli və operativ, ən asası minimum səy və minimum vaxt sərf edərək təqdim etmələrini asanlaşdırır. E-poçt və bildirişlər vasitəsilə imtahanlar və dəyişikliklər haqqında məlumat göndərilir. Canlı yarışlar və müsabiqələr keçirilir ki, istifadəçilər qoşularaq yarışda iştirak edirlər. Mobil vasitələrdən istifadə edərək olduğunuz yerdən qoşulmaq da mümkündür. Fiziki olaraq imtahana qatılmağa ehtiyac qalmır, olduğunuz yerdən rahatlıqla onlayn imtahana qoşulmaq mümkündür.

Saytda ibtidai sinif, orta məktəb, abituriyent, magistratura, MİQ, dövlət qulluğu, bilik yarışı, sürücülük, xarici imtahanlar və s. üzrə sınaq, imtahan vermək mümkündür.

“Oxuyan.az” onlayn platformasını fərqləndirən ən böyük özəllikərdən biri saytın olduqca rahat interfeysinin olmasıdır. Bu da məktəblilərdən tutmuş böyüklərə qədər hər kəsin istifadəsinə uyğundur. Əlavə olaraq, əksəriyyət insanların mobil telefona verdiyi üstünlüyü nəzərə alaraq “oxuyan.az” saytı öz mobil tətbiqini də istifadəyə verib. Artıq olduğunuz yerdən istənilən onlayn sınaq imtahanında ödənişli və ya ödənişsiz iştirak etmək mümkündür. Ən gözəli isə onlayn sınaq imtahanının nəticələrini dərhal görməyinizdir.

“Oxuyan.az” necə işləyir?

Oxuyan platforması həm imtahan təşkil etmək istəyən, həm də onlayn imtahanlarda iştirak etmək üçün mükəmməl vasitədir. İmtahanda iştirak üçün aşağıdakı sadə addımları etmək lazımdır :

  • Qeydiyyatdan keçin və hesab yaradın;
  • İstədiyiniz mövzuda imtahan seçin və qaydalar ilə tanış olduqdan sonra onlayn imtahan verin;

İmtahan bitdikdən sonra nəticəni dərhal görürsünüz, həmin imtahanda neçə düzgün, neçə yalnış və neçə cavabsız sualınız olduğu görünür və sizə həmin sualların şərtləri, düzgün cavabları qeyd edilir. Məhz bunlar da sizə zəif olduğunuz mövzuları bilməyə və üzərində daha çox çalışmağa kömək edir.

Hazırlıq kursları, fərdi, orta məktəb və s. müəllimləri, şirkətlər üçün imtahan təşkili üçün aşağıdakı addımları etmək lazımdır:

  • Qeydiyyatdan keçin ;
  • Qurum yaradın – həm müəllimlər, həm də hazırlıq kursları və şirkətlər onlayn sınaq imtahanı yaratmaq üçün “oxuyan.az” platformasında qurum hesabı yaratmalıdır;
  • İmtahan qurun – “oxuyan.az” saytı daxilində qurum yaratmış hər bir istifadəçiyə xüsusi idarə paneli interfeysi verilir və istifadəçilər rahatlıqla burada istənilən saytda və istənilən tip sualları yaza bilər və imtahanlar yaradıb, təşkil edə bilərlər;
  • İmtahanı hazırladıqdan sonra onu “oxuyan.az” platformasının istifadəçiləri ilə paylaşmaq lazımdır.

Yaratdığınız istənilən imtahanı “Gizli” ( yəni, yalnız kod ilə daxil olmaq mümkündür) və ya  “İctimai” ( hər kəs üçün görünə bilər) formada paylaşmağınız mümkündür.

Tariflər

“Oxuyan.az” onlayn sınaq imtahanı platforması imtahan yaratmaq üçün istifadəçilərinə bir neçə pakettəqdim edir:

  • Sadə paket – ödənişsizdir, “oxuyan.az” platformasının keyfiyyətini  yoxlamaq üçün olduqca əlverişli paketdir. Aylıq 2 ödənişsiz imtahan qurmaq imkanı verir. Komandanın həcmi 2 nəfər olmalıdır və ödənişli imtahanlardan gəlirinizin 40% - i kommissiya haqqı olaraq alınır.
  • Standart paket – qiyməti aylıq 9 AZN təşkil edir, daha çox individual müəllimlər üçün uyğundur. Standart paketdə komandanızın həcmi 5 nəfər olması mümkündür. Aylıq 10 ödənişsiz imtahan qurmaq imkanı verir və ödənişli imtahanların gəlirindən 30% komissiya alınır;
  • Biznes paket – qiyməti aylıq 50 AZN təşkil edir, daha çox  kiçik və orta ölçülü kurslar üçün uyğundur. Biznes paketdə komandanızın həcmi 25 nəfər olması mümkündür. Aylıq 50 ödənişsiz imtahan qurmaq imkanı verir və ödənişli imtahanların gəlirindən 25% komissiya haqqı alınır;
  • Təşkilat paketi – qiyməti 450 AZN təşkil edir, daha çox böyük ölçülü şirkətlər, kurslar üçün nəzərdə tutulub. Təşkilat paketində limitsiz saytda imtahan qura bilərsiniz. Eyni zamanda komanda həcmi üçün də limit tətbiq edilmir. Ödənişli imtahanların gəlirindən 20% komissiya haqqı alınır.

"Oxuyan" platformasına ödəniş etmək bank kartı vasitəsi ilə mümkündür.

“Oxuyan” platformasının gizli imtahan funksionallığı vasitəsi ilə siz yaratdığınız müsahibə imtahanını gizli formada dərc edib, yalnız istədiyiniz insanlarla paylaşım edə bilərsiniz.

“Oxuyan”platformasında təşkil edilən online sınaq imtahanlarından əlavə “Bilik yarışı” da təşkil edilir. Siz “Bilik yarışı”na qatılmaqla öz biliklərinizi müxtəlif sahə, mövzu, fənlər üzrə imtahan verib, yoxlaya bilərsiniz. Bu yarışda iştirak edənlər yüksək rəqabət şəraitində və ən qısa zaman ərzində digər rəqiblərindən daha çox düzgün cavab təqdim edərək, qalib gəlmək istəyir. Rəqabət mühitində, reytinq sıralaması ilə yer tutmaqla və xallar toplamaqla uğura imza atacaqsınız.

“Oxuyan.az” rəqəmsallaşan dünyada kağızdan istifadəni minimuma endirmək və təhsil sistemində operativ, sürətli, dəqiq imtahanların təşkili və istifadəsi üçün olduqca əlverişli platformadır. Ən qısa zamanda bu platforma yerli məhsul olaraq yalnız Azərbaycanda deyil, Avropa və digər yerlərdə fəaliyyət göstərəcəkdir.

 

 

Haqqımızda Haqqımızda Bloq Biz necə işləyirik
© 2021 BonPini MMC (VÖEN: 2005852951). Bütün hüquqlar qorunur.