Biz necə işləyirik? AZ
EnglishРусскийУкраїнський
Elan ver
Yuxarı
Mesajlar
Giriş
Bildirişlər
Şəxsi hesab
Şifrəni bərpa et
Təsdiqlə Sizin nömrənizə OTP kod göndərilmişdir. Xaiş edirik 4 rəqəmli kodu aşağıda qeyd edəsiniz.
ATGTİ və BonPini arasında partnyorluq

BonPini və ATGTİ arasında partnyorluq


BonPini Nədir və kimlər üçündür?

Bu səhifəyə daxil olanlar arasında BonPini haqqında məlumatı olmayanlar da olduğu üçün ilk növbədə gəlin BonPini ilə sizi tanış edək:

BonPini (keçmiş Otaq Yoldaşı Agentliyi) - əsasən gənclər üçün otaq yoldaşı və kirayə ev axtarışı üçün milli sosial şəbəkədir. 

Biz artıq 3 ildir ki, fəaliyyət göstəririk və bu günədək minlərlə yerli və xarici tələbə və işləyən gəncin kirayə ev probleminin çözülməsində həlledici rol oynamışıq. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Təklif etdiyimiz 2 əsas xidmət:

  1. Otaq yoldaşı axtarışı
  2. Kirayə ev axtarışı

Bu gün isə ATGTİ ilə əməkdaşlıq çərçivəsində sizlərə bu xidmətdən PULSUZ istifadə imkanı verməkdən məmnunluq hissi duyuruq! 


Xidmətlərdən pulsuz istifadə etmək üçün nə etməlisiniz?


Belə ki, təhsil aldığınız təhsil müəssisəsinin TGT üzvlərindən əldə etdiyiniz xüsusi promokoddan isitifadə edərək www.bonpini.com platformasının bütün xidmətlərindən tamamilə PULSUZ istifadə edə bilərsiniz! 


*Əgər bu məqaləni oxuduğunuz an bu promokodu hələ əldə etməmisinizsə, TGT üzvləri ilə əlaqə saxlayın. 


Bu promokoddan necə istifadə etmək olar?

1) İlk növbədə www.bonpini.com saytına daxil olursunuz

2) Şəxsi hesabınız artıq varsa, giriş edirsiniz. Əks halda, qeydiyyatdan keçirsiniz.

3) Sizə uyğun ev elanı tapdığınız an aşağıda Əlaqə düyməsini klik edin

4) Promokod sahəsinə TGT üzvlərindən əldə etdiyiniz promokodu daxil edin və Tətbiq et düyməsini klik edin 

5) Açılan məlumat xanalarını dolduraraq öz haqqınızda məlumat qeyd edin 

6) Təbrik edirik! Siz pulsuz xidmətdən 1 həftə boyunca istifadə edə bilərsiniz! 


Bir həftə ərzində siz limitsiz sayda elan sahibi ilə zənglə və/ və ya daxili çat bölməsi ilə əlaqə saxlaya bilərsiniz! 

Əlavə sual və çətinliklər yaranarsa, bizdən soruşmağa çəkinməyin :)

Digər məlumatlar

Bu promokodlar qeyri-müəyyən vaxtadək keçərlidir. İstifadə etməyə tələsin.


Hər istifadəçinin şəxsi hesabında olan promokodlar TGT promokodlarına bənzəsə də, bir az fərqli işləyir.

Şəxsi hesabınızda olan promokodu dost-tanışınızla paylaşaraq www.bonpini.com saytına yeni istifadəçilər dəvət edə bilərsiniz və dəvətinizlə gələn istifadəçilərin hər ödənişi zamanı onlara 10% endirim qazandıra, özünüz isə 10% gəlir əldə edə bilərsiniz. Qazancınızı nağdlaşdırmaq istədikdə isə bu haqda bizimlə əlaqə saxlamağınız kifayətdir!

Haqqımızda Haqqımızda Bloq Biz necə işləyirik
© 2021 BonPini MMC (VÖEN: 2005852951). Bütün hüquqlar qorunur.