Biz necə işləyirik? AZ
EnglishРусскийУкраїнський
Elan ver
Yuxarı
Mesajlar
Giriş
Bildirişlər
Şəxsi hesab
Şifrəni bərpa et
Təsdiqlə Sizin nömrənizə OTP kod göndərilmişdir. Xaiş edirik 4 rəqəmli kodu aşağıda qeyd edəsiniz.
Təsdiqlə Sizin nömrənizə OTP kod göndərilmişdir. Xaiş edirik 4 rəqəmli kodu aşağıda qeyd edəsiniz.
Kirayə evi ONLAYN bron edin: rahat və təhlükəsiz köçün!

Onlayn kirayələmə xidməti


Salam, Əziz tələbələr və işləyən gənclər!


BonPini (www.bonpini.com) olaraq sizə yeni "Onlayn bronetmə" xidmətini təqdim edirik! Bu nədir?

Onlayn bronetmə - elanın aktual (keçərli) olduğuna əmin olduqdan və elan sahibilə danışdıqdan sonra bizim platforma üzərindən 1 aylıq kirayə ödənişini edərək, sadə dildə desək, evi saxlatdırmaq üçün xidmətdir.


Bu necə işləyir?


  1. Saytda (www.bonpini.com) sizə uyğun kirayə evləri tapırsınız.
  2. "Aktuallığını yoxla" düyməsini klik edərək evlərin keçərli olub-olmadığını yoxlayırsınız.
  3. Sorğu göndərdiyiniz bir və ya bir neçə elan sahibindən müsbət cavab gəldikdən sonra əlaqə saxlamaq üçün abunə paketi əldə edirsiniz. Daha ətraflı məlumat üçün bura toxunun.
  4. Elan sahibləri ilə nömrə və bizim daxili çat vasitəsilə əlaqə saxlaya bilərsiniz. Əsas danışıqları daxili çat vasitəsilə etməyinizi tövsiyyə edirik ki, razılaşdığınız şərtlər burada qalsın.
  5. Daxili çat bölməsində "Onlayn bron et" düyməsini klik edərək qarşınıza çıxan formanı doldurun və ödənişi edin. Ödənişiniz siz köçənədək bizdə qalır və elan sahibinə göndərilmir.
  6. Bizim əməkdaş həmin evi canlı olaraq yoxlayır və sizə yerindəcə şəkil, video və digər məlumatlar göndərir.
  7. Hər şey sizi qane edirsə, siz bronetməni təsdiq edirsiniz.
  8. Qeyd etdiyiniz tarixdə evə köçdükdən sonra ödənişiniz elan sahibinə köçürülür.


Üstünlüklər


  1. Evlərə baxış keçirmək üçün vaxtınız getmir
  2. Hansı şərtlərlə razılaşdığınız qeydə alınır. Sonradan elanda dəyişiklik olsa belə, siz bron etdiyiniz vaxt olan elanın nüsxəsi bronetməyə əlavə olunur
  3. Ödədiyiniz kirayə ödənişi siz köçənədək biz tərəfdən qorunur. Hal-hazırda beh istəyərək dələduzluqla məşğul olanlar çoxdur.


Bu xidmət kimlər və hansı hallar üçündür?


  1. Bakıya digər şəhər və ya regionlardan gəlmək üçün kirayə ev axtaranlar. Bizim vasitəmizlə bron edən zaman siz hər dəfə evə baxmaq üçün Bakıya gəlib-getməli, pul və vaxtınızı sərf etməli olmursunuz.
  2. Bakıda olan, lakin evlə bir müddət sonra köçmək haqqında razılaşmaq istəyənlər. Siz ödənişi tanımadığınız şəxslərə edərək riskə getməli olmursunuz. Ödənişi bizim sayt üzərindən etdiksə, pulunuz orta hesabda dondurulur. Ödəniş etmədən elan sahibilə razılaşdıqda isə, qarşı tərəf sizə güvənməyərək başqa şəxslə razılaşa bilər.



Sual və çətinliyiniz olarsa, bizimlə əlaqə saxlayın:

Mob.: 055 300 35 12

WhatsApp: 055 209 40 39




Haqqımızda Haqqımızda Bloq Biz necə işləyirik
© 2021 BonPini MMC (VÖEN: 2005852951). Bütün hüquqlar qorunur.